AZ

Madaqaskarda dövlət çevrilişinə cəhd olub

BAKI, 4 aprel. TELEQRAF

Madaqaskarda aralarında bir generalın da olduğu 13 nəfər dövlət başçısı səlahiyyətlərini müvəqqəti icra edən polkovnik Maykl Randrianirinanı qətlə yetirməyə cəhddə şübhəli bilinərək cinayət məsuliyyətinə cəlb edilib.

Teleqraf AFP-yə istinadən xəbər verir ki, bu barədə Madagaskar prokurorluğu məlumat yayıb.

Prokuror Narindra Navalona Rakotoniaina bildirib ki, 11 şübhəli saxlanılıb, digər şəxslər barəsində isə həbs orderləri verilib:

“Saxlanılanlar arasında yüksək rütbəli zabitlər və dövlət çevrilişində iştirak etmək niyyətini açıq şəkildə bəyan edən bir general da var".

Qeyd edək ki, Randrianirina 2025-ci ilin oktyabrında sələfi Andri Racoelinanın istefasına səbəb olan etirazlardan sonra hakimiyyətə gəlib.

Seçilən
1
4
teleqraf.com

10Mənbələr