EN

“Parisdə “mason mafiyası“ məhkəməsi: kəşfiyyat, sifarişli qətllər və gizli şəbəkə“ BBC

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

"Təsadüfi polis əməliyyatı Fransada mason lojaları ilə bağlı geniş cinayət şəbəkəsini üzə çıxarıb..."

Parisdə 22 nəfərin mühakimə olunduğu qalmaqallı proses başlayıb. Onların arasında "Atanor" adlı mason lojasının üzvləri də var. 

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Təsadüfi hadisə böyük işi açdı

Nəşr yazır ki, istintaq bu şəbəkəni tam təsadüf nəticəsində aşkar edib - şübhəli avtomobil barədə polisə verilən siqnal iki nəfərin saxlanılması ilə nəticələnib. Onlardan biri, Pyer Burden özünü Fransa kəşfiyyatının əməkdaşı kimi təqdim edərək bildirib ki, guya dövlət tapşırığı ilə bir qadını aradan götürməlidir. 

Hədəf isə Mari-Elen-Dini olub - ona qarşı əsassız şəkildə "Mossad" ilə əməkdaşlıq ittihamı irəli sürülüb. Sonradan məlum olub ki, bu iddialar tamamilə uydurmadır. Dini adi sahibkar olub və heç vaxt İsraildə belə olmayıb. Lakin iş bununla bitməyib - araşdırma daha dərin və təhlükəli əlaqələri üzə çıxarıb.

Mason lojasi və sifarişli qətl zənciri

İstintaq göstərib ki, sifarişin arxasında mason  lojasi üzvləri dayanır. Əsas fiqurlar - Jan-Lyuk Baqur, Frederik Valyo və keçmiş kəşfiyyatçı Daniel Bolyö biznes maraqları səbəbindən qadının öldürülməsini planlaşdırıblar. Sxem sadə olub: sifariş yuxarıdan aşağı ötürülür, icraçılara isə bunun "dövlət tapşırığı" olduğu deyilir.

Bu məqsədlə "Mossad agenti" kimi uydurma hekayə yaradılıb ki, icraçılar motivasiya olunsun. Araşdırma zamanı məlum olub ki, bu, tək hadisə deyil. Eyni şəbəkə 2018-ci ildə yarışçı Loran Paskualinin qətli ilə də əlaqələndirilir. O, borc məsələsinə görə hədəfə çevrilmiş və nəticədə öldürülüb.

Cinayət şəbəkəsi və ağır ittihamlar

İstintaqın nəticələrinə görə, qrup yalnız qətl və qətl cəhdləri ilə deyil, həm də sənaye casusluğu, hücumlar və yandırma kimi cinayətlərdə ittiham olunur. Ümumilikdə 22 nəfər mühakimə edilir - onların arasında kəşfiyyat əməkdaşları, polis, biznesmenlər və digər peşə sahibləri var.

Əsas fiqurları ömürlük həbs cəzası gözləyir. Məhkəmə prosesi bir neçə ay davam edəcək və Fransada dövlət strukturları, gizli təşkilatlar və kriminal əlaqələr arasındakı sərhədlərin nə qədər bulanıq ola biləcəyini göstərən ən səs-küylü işlərdən biri sayılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
2
moderator.az

10Sources