EN

Ekspert Aslan Əsədov: “Rusiya soyuq və qaranlıq iqlimə malik olduğuna görə, Azərbaycanla müqayisə edilməsi doğru deyil”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avtobloger Araz Mübarizoğlu videomüsahibəsində bildirib ki, qəza hadisələri onların tipinə uyğun şəkildə qiymətləndirilir. Onun sözlərinə görə, məsələ məhkəməyə çıxarıldıqda araşdırılır ki, konkret halda məsuliyyət kimin üzərində olub və günahkar tərəf kimdir. Avtobloger qeyd edib ki, Rusiyada bununla bağlı müəyyən müddəa mövcuddur: əgər piyada qaranlıq ərazidə tünd rəngli geyimdə hərəkət edibsə və sürücü vəziyyəti vaxtında düzgün qiymətləndirə bilməyibsə, son anda toqquşmadan yayınmağa cəhd göstərsə də hadisə baş veribsə, bu zaman sürücünün məsuliyyəti qismən azaldıla bilər. Avtobloger əlavə edib ki, bizim insanların tünd rəngli geyimə üstünlük verdiyi müşahidə olunur. Onun sözlərinə görə, məsələn, metroda 100 nəfərdən yalnız az bir hissəsinin açıq rəngli geyimdə olduğu diqqət çəkir.Tünd geyim problemin neçə faizini təşkil edə bilər?Yollarda işıqların quraşdırılması tramplinlərin olması xəbərdaredici fosforlu yol xətləri daha effektiv olmazmı?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyada yolların işıqlandırılması üçün müxtəlif texniki vasitələrdən istifadə olunur: “Ümumiyyətlə, əslində Rusiya Federasiyasında yolların uzunluğu çox böyükdür və bu yolların təxminən 10%-i işıqlandırılır. Ərazinin genişliyi nəzərə alındıqda, şəhərdaxili yollarda, xüsusilə mərkəzi hissələrdə işıqlandırma səviyyəsi təxminən 30%-ə çatır ki, bu da işıqlanmanın böyük 1 %-ni edir.

Bundan əlavə, Rusiyada, xüsusilə paytaxt və iri şəhərlərin mərkəzlərində yolların işıqlandırılması üçün müxtəlif texniki vasitələrdən istifadə olunur və olunmalıdır. Məqsəd yol hərəkəti iştirakçıları üçün daha təhlükəsiz və aydın mühit yaratmaq, qaydalar haqqında məlumatlılığı artırmaqdır. Lakin bu halda sual yaranır: niyə insanlar tünd rəngli geyimlərdən istifadə etməlidir? Əgər yollar kifayət qədər işıqlandırılmayıbsa, bu, dövlət proqramları çərçivəsində əlavə xərclər və tədbirlər tələb edir. Hər hansı qəza baş verdikdə və ya qəza riski müşahidə olunduqda, həmin ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilməli, hadisələr araşdırılmalıdır ki, növbəti hadisənin qarşısı alınsın. Bu baxımdan geyim məsələsi ilə razılaşmıram. Mütləq hadisələr araşdırılmalıdır. Ərazilərə baxışlar keçirilməldir, mütəmadi monitorinqlər aparılmalıdır. Yalnız bundan sonra konkret nəticələrdən danışmaq mümkündür.

Digər tərəfdən, Rusiyanın Azərbaycanla müqayisəsi edilməsi doğru deyil. Çünki Rusiya soyuq və qaranlıq iqlimə malikdir, gün işığının müddəti daha azdır. Bu amillər də yol hərəkəti şəraitinə təsir edir. Belə halların mövcudluğu nəqliyyat vasitələri üçün müəyyən çətinliklər və risklər yarada bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
15
bizimyol.info

10Sources