Rusiya milli komandasının keçmiş futbolçusu Fyodor Smolova qarşı qaldırılan cinayət işi ləğv ediblib.
Publika.az xəbər verir ki, Smolov qəsdən orta ağır bədən xəsarəti yetirməkdə ittiham olunurdu.
28 may 2025-ci ildə Moskvanın mərkəzindəki bir kafedə baş verən mübahisə zamanı Smolov müştərinin üzünə yumruq vurmuşdu.
Daha sonra tərəflər barışıq əldə ediblər. Smolov zərərçəkmişə 4 milyon rubl təzminat ödəyib, zərərçəkmiş bütün digər iddialarından imtina edib.