EN

İranda sərhəd ticarət terminalı vurulub

Bakı. Trend:

ABŞ və İsrailin İrana hərbi hava hücumları fonunda bu gün İranıncənub-qərbində yerləşən Xuzistan vilayətinin Xorrəmşəhr rayonundaŞələmçə sərhəd ticarət terminalı vurulub.

Trend-inməlumatına görə, bunu İranın Xuzistan vilayəti valisinin müaviniVəliyulla Həyati yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, sərhəd ticarət terminalına ciddi şəkildəziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
58
50
az.trend.az

10Sources