
İrana qarşı "Epik Qəzəb" əməliyyatının başlanmasından bəri 13 amerikalı hərbçi ölüb, 365 amerikalı hərbçi yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqona istinadla “he Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yaralananlar arasında 247 ABŞ ordusunun, 63 Hərbi Dəniz Qüvvələrinin, 36 Hərbi Hava Qüvvələrinin və 19 Dəniz Piyadaları Korpusunun hərbçisi var.