EN

Braziliyada təyyarə restorana çırpılıb: Dörd nəfər həlak olub VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Braziliyanın cənubunda yüngül mühərrikli təyyarə hava limanının yaxınlığında yerləşən restoranın damına çırpılıb.

Oxu.Az-ın xəbər verir ki, bu barədə "Zero Hora" qəzeti məlumat yayıb. Təyyarənin qəzaya uğrama anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Nəqliyyat vasitəsi Kapao-da-Kanoa şəhərindən San-Paulu istiqamətində uçuş həyata keçirirmiş. Hava gəmisinin göyərtəsində dörd nəfər - sahibkar cütlük Debora Belanda Ortolani və Luis Ortolani, həmçinin pilotlar Nelio Pessanya və Renan Eduardo olublar.

Onların hamısı hadisə yerində həlak olublar. Onların meyitləri dağıntılar altından çıxarılaraq məhkəmə-tibbi ekspertizasına göndərilib. Hadisə zamanı restoranda insanların olub-olmaması barədə məlumat verilməyib. Qəza nəticəsində başlayan yanğını söndürmək üçün əraziyə yanğından mühafizə briqadaları cəlb edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
oxu.az

1Sources