EN

“Çelsi” kapitanını cəzalandırıb

Apasport portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Çelsi” kapitan Entso Fernandesi cəzalandırılıb.

Apasport.az xəbər verir ki, buna səbəb 25 yaşlı futbolçunun ölkəsinin mətbuatına verdiyi müsahibədə “Real Madrid”ə keçmək istədiyini bildirməsidir.

Bu barədə komandanın baş məşqçisi Liam Rozenyor məlumat verib.

Onun sözlərinə görə, argentinalı yarımmüdafiəçi qarşıdakı iki oyunda meydana çıxmayacaq.

London təmsilçisi sabah Federasiya Kuboku çərçivəsində “Port Vale” ilə, ayın 12-də isə Premyer Liqada “Mançester Siti” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Çelsi” Entso Fernandesi 2023-cü ilin yanvarında “Benfika”dan 121 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

"Everton" Qrilişlə bağlı qərarını verdi

"Fənərbaxça" Portuqaliya millisinin üzvü ilə maraqlanır

"Arsenal"ın sabiq futbolçusu II Liqa klubunda - RƏSMİ

“Fənərbaxça”nın futbolçusu sərbəst buraxılıb

“İnter”in hücumçusu sıradan çıxdı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
10
apasport.az

10Sources