Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib.Metbuat.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.Ötən ay ən çox sərnişin martın 6-da daşınıb – 796 734 nəfər.Bayram günlərində mərkəz istiqamətində axın kəskin artıb. 21-22 mart tarixlərində "Sahil" stansiyası metronun ən işlək nöqtəsi olub və adi vaxtlardan 51 % daha çox sərnişin qəbul edib.Metroda rəqəmsal keçid də sürətlənib. Hər 3 nəfərdən biri artıq ödənişlərini NFC ilə edir.