ABŞ xüsusi təyinatlı qüvvələri cümə axşamı vurulan qırıcı təyyarənin heyət üzvünü xilas etmək üçün İrana daxil olub.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
İran öz hava məkanında Amerikaya məxsus F-15 qırıcı təyyarəsini vurub.
Britaniya nəşrinin məlumatına görə, iki heyət üzvü təyyarədən katapult olub. Bundan sonra İran və ABŞ arasında pilotları tapmaq üçün mübarizə başlayıb.
Onlardan biri ABŞ-ın iki hərbi helikopteri və alçaqdan uçan tanker təyyarəsinin iştirak etdiyi və yüngül silahlarla atəşə tutulduğu əməliyyat zamanı xilas edilib.