AZ

İran ABŞ-yə məxsus daha bir təyyarəni vurdu

İran Silahlı Qüvvələri ölkə ərazisində qəzaya uğramış “F-15E” qırıcısının ikinci pilotunun xilasetmə əməliyyatında iştirak edən ABŞ-yə məxsus daha bir “C-130 Hercules” nəqliyyat təyyarəsini vurduğunu iddia edib.

News365.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının rəsmisi İbrahim Zülfəqari məlumat verib.

Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində İslam Respublikası ordusunun hücumları ilə ABŞ-yə məxsus ümumilikdə iki “C-130” hərbi nəqliyyat təyyarəsi və iki “Black Hawk” helikopteri vurulub.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyat zamanı Ali Lider Əli Xamenei həlak olub. Buna cavab olaraq İran İsrailə və regiondakı Amerika bazalarına kütləvi raket zərbələri endirib.


Seçilən
8
3
news365.az

10Mənbələr