EN

Alimlər ölümdən sonra nəyin baş verdiyini tapdılar

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ölüm anında beyində baş verənlərlə bağlı aparılan yeni araşdırmalar elmi dünyasında böyük maraq doğurub. Miçiqan Universitetinin araşdırmaçıları müəyyən ediblər ki, ürək dayandıqdan sonra beyin fəaliyyəti dərhal sönmür, əksinə, qısa müddətlik kəskin artım nümayiş etdirir.Demokrat.az xəbər verir ki, Miçiqan Universitetinin nümayəndəsi Cimo Borciginin rəhbərliyi ilə aparılan tədqiqatlarda ölüm prosesinin dörd fərqli mərhələdən keçdiyi məlum olub. Alimlər siçovullar üzərində apardıqları təcrübələr zamanı ürək fəaliyyəti dayandıqdan sonra beyində yüksək tezlikli qamma dalğalarının yarandığını qeydə alıblar. Bu dalğalar adətən insanın şüurlu qavrayışı, yaddaşın işlənməsi və ətraf aləmin bütöv dərki ilə əlaqələndirilir.Bənzər nəticələr komada olan və həyat dəstəyi aparatından ayrılan insanlar üzərində aparılan müşahidələrdə də özünü göstərib. Dörd xəstədən ikisində ölüm anında qamma aktivliyinin kəskin şəkildə artdığı, bir xəstədə isə siqnalın gücünün adi haldan 300 dəfə çox olduğu müəyyən edilib. Aktivliyin məhz beyin qabığının görmə hallüsinasiyaları və bədəndən kənar hisslərlə bağlı olan "isti zona" hissəsində baş verməsi xüsusi diqqət çəkir.Paris Beyin İnstitutunun əməkdaşı Stefan Şarpye bu prosesi "ölüm dalğası" adlandırır. Onun fikrincə, hüceyrələrin kütləvi şəkildə elektrik boşalması yaşaması ölümün ani bir nöqtə deyil, geri qaytarılması mümkün olan bir proses olduğunu göstərir. Tədqiqatlar sübut edir ki, oksigen təminatı müəyyən vaxt intervalında bərpa olunarsa, neyronların fəaliyyətini yenidən canlandırmaq mümkündür.Klinik məlumatlar da bu elmi tapıntıları dəstəkləyir. Ürək dayanması keçirən və sağ qalan xəstələrin təxminən 40 faizi həmin anlarda müəyyən xatirələr, işıq selini görmək və ya öz həyatını film kimi izləmək kimi hisslər yaşadıqlarını bildirirlər. Alimlər hələlik bu aktivliyin həqiqi şüur əlaməti, yoxsa neyronların sonuncu xaotik reaksiyası olduğu barədə qəti qərar verməyə tələsmirlər.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
1
demokrat.az

2Sources