EN

Britaniya niyə “susur”? ŞƏRH

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Qlobal münaqişələrin artdığı dövrdə bəzi böyük dövlətlərin reaksiyası xüsusilə diqqət çəkir. Bu kontekstdə Britaniyanın bəzi müharibələrə münasibətdə daha ehtiyatlı və səssiz mövqe sərgilədiyi barədə fikirlər tez-tez səsləndirilir. Bəs Britaniya niyə bu münaqişələrə açıq və sərt reaksiya verməkdən çəkinir? Bu, strateji balans siyasətidir, yoxsa siyasi və iqtisadi maraqlarla bağlıdır?Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, burada artıq hər ölkənin fərqli maraqları var:“Məsələn, ABŞ-nin Yaxın Şərq bölgəsi və İran məsələsi ilə bağlı öz maraqları mövcuddur, Britaniyanın və Avropa İttifaqının isə ayrıca maraqları var. Bəzən bu maraqlar kəsişir, bəzən toqquşur, bəzən isə tərəflər neytral mövqe tutmağa çalışırlar. Ən əsas parçalanma Trampın ABŞ administrasiyasında yaratdığı yeniliklərdən sonra baş verdi. Trampdan əvvəl ABŞ və Britaniya adətən tandem şəklində, birlikdə çıxış edirdi. Lakin bu tandem pozuldu. Hətta Tramp Britaniyanın hələ də kral mülkü sayılan Kanadaya və digər ərazilərə dair iddialar səsləndirdi. Eyni zamanda NATO müttəfiqlərinə və Britaniyaya açıq şəkildə bildirdi ki, ABŞ-nin onlara ehtiyacı yoxdur, əksinə, onların ABŞ-nin müdafiəsinə ehtiyacı var. Tarixi müharibələr və digər məsələlər fonunda faktiki olaraq bir çox müttəfiq ölkələrə qarşı iqtisadi təzyiq siyasəti yürüdü”.O qeyd edib ki, belə şəraitdə Britaniya əvvəlki kimi qeyd-şərtsiz ABŞ-ni dəstəkləmədi:“İranla bağlı gərginlik zamanı bunu dəfələrlə müşahidə etdik. Əvvəl müəyyən dəstək göstərildi, sonra geri çəkildi, daha sonra qismən dəstək verildi, lakin ardınca baş nazir bəyan etdi ki, bu onların müharibəsi deyil və Britaniya ordusu iştirak etməyəcək. Bununla yanaşı, Britaniyanın atom sualtı qayığının bölgəyə göndərilməsi ilə bağlı məlumatlar yayıldı. Lakin son açıqlamalarda yenidən vurğulandı ki, Britaniya bu müharibədə iştirak etmir və bunu leqal müharibə hesab etmir. Bütün bunlar göstərir ki, ABŞ və Britaniyanın Yaxın Şərq və İranla bağlı planları tam üst-üstə düşmür. Digər tərəfdən, Britaniya da Avropanın digər ölkələri kimi ABŞ-dan istədiyini tam ala bilmir və Trampın müttəfiqlərlə hesablaşmadan hərəkət etməsi narazılıq yaradır. Eyni zamanda Britaniyanın bölgə ilə bağlı özünəməxsus siyasəti də mövcuddur. Hətta belə bir yanaşma da mümkündür ki, Britaniya ABŞ-nin, xüsusilə Trampın bu bölgədə çətin vəziyyətə düşməsindən müəyyən mənada faydalanmaq istəyir. Avropa İttifaqı və ümumilikdə Avropa siyasi elitası üçün də bu vəziyyət bir fürsət kimi qiymətləndirilə bilər. Almaniya və Fransa timsalında da görürük ki, onlar Trampın düşdüyü çətin vəziyyətdən maksimum istifadə etməyə çalışırlar. Beləliklə, demək olar ki, tərəflər bu vəziyyətdən öz maraqları çərçivəsində yararlanmağa cəhd edirlər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
demokrat.az

1Sources