EN

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi müəyyənləşdi

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yeri tutan komanda bəlli olub.

Fanat.Az xəbər verir ki, bürünc medal uğrunda oyunda "Aznur" "Sumqayıt"la üz-üzə gəlib.

Bakı Tennis Akademiyasındakı qarşılaşmada "Aznur" 6:4 hesablı qələbəyə sevinib.

Saat 20:30-da eyni arenada Azərbaycan çempionatının final matçı baş tutacaq. Həlledici görüşdə "Zirə" "Birbaşa Bakı" ilə qarşılaşacaq.

Chosen
52
3
fanat.az

10Sources