AZ

"Kapital Bank" 7 nominasiya üzrə mükafatlandırıldı

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Bankçılıq Mükafatları – 2025"in qalibləri müəyyən olunub.

"Kapital Bank" ASC 7 nominasiyada mükafata layiq görülüb.

ABA-nın 35 illik yubileyinə təsadüf edən qiymətləndirmənin nəticələrinə əsasən, "Kapital Bank" "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığı dəstəkçisi", "Təhsil dəstəkçisi", "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi", "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri" və "Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank" nominasiyaları üzrə qalib olub.

"Kapital Bank" ötən il bu istiqamətlərin hər biri üzrə məqsədyönlü və davamlı layihələr həyata keçirib. Bankın korporativ sosial məsuliyyət təşəbbüsləri, maliyyə savadlılığının artırılmasına və təhsilə dəstəyi, sahibkarlığın inkişafına töhfələri, rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmaları və təhlükəsizlik üzrə maarifləndirmə fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar onun uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərini təşkil edir.

Ölkənin I bankı "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Seçilən
32
21
far.az

10Mənbələr