EN

Naxçıvanda beynəlxalq konfrans - mədəni irs və turizm sahəsində yeni əməkdaşlıq imkanları

Naxçıvan, 3 aprel, AZƏRTAC

Mayın 25-26-da Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə “I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı” (ICCHST - NAXÇIVAN-2026) keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans görkəmli Azərbaycan memarı Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunub. Beynəlxalq elmi ictimaiyyət üçün mühüm platforma rolunu oynamağı hədəfləyən bu elmi tədbir Mingəçevir Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Karadeniz Teknik Universiteti, Akdeniz Universiteti, Gümüşhane Universiteti, Szechenyi Istvan Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Daşkənd Dövlət İqtisad Universiteti və Pamukkale Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Konfrans həm üz-üzə, həm də onlayn formatda təşkil olunacaq. Əsas məqsəd mədəni irs və turizm sahəsində aparılan müasir tədqiqatların müzakirəsi, elmi fikir mübadiləsinin genişləndirilməsi və xüsusilə gənc tədqiqatçılar arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Konfrans çərçivəsində aşağıdakı istiqamətlər üzrə orijinal tədqiqat nəticələrini əks etdirən elmi məruzələr qəbul olunacaq:

-tarixi, arxeoloji və mədəni irsin nəzəri əsasları

-mədəni irsin qorunması və turizmin inkişafı

-ağıllı turizm və qonaqpərvərlik idarəçiliyində innovasiyalar

-turizm və iqlim dəyişikliyi kontekstində dayanıqlılıq

-davamlı turizmin iqtisadi, təhsil və geosiyasi aspektləri

İştirakçılar 30 aprel 2026-cı il tarixədək çıxışlarının xülasəsini və ya tam mətnini göndərməldirdirdər.

Konfransın işçi dilləri Azərbaycan, türk və ingilis dilləridir və ətraflı məlumat universitetin rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, konfras iştirakçılarına rəsmi sertifikat təqdim ediləcək, həmçinin konfrans çərçivəsində Naxçıvanın zəngin tarixi və turistik məkanlarına elmi-tanışlıq turlar da təşkil olunacaq.

Müxbir- Nail Əsgərov

Chosen
47
46
azertag.az

10Sources