EN

“Qarabağ” inzibati işçilərə ən yüksək məvacib verib

Misli Premyer Liqası klublarının 2024-cü ildə inzibati işçilərə ödədikləri əməkhaqqılar açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında məlumat verilib.

Hesabata əsasən, inzibati işçilərə ən yüksək maaşı “Qarabağ” verib. Ağdam klubu 2024-cü ildə 6 milyon 805 min 500 manat məvacib ödəyib.

İkinci pillədə “Sabah” qərarlaşıb – Masazır təmsilçisi 5 milyon 145 min 600 manat maaş ayırıb. İlk “üçlüy”ü “Neftçi” tamamlayır – 1 milyon 976 min 847 manat.

Digər klubların inzibati xərcləri belə olub: “Sumqayıt” – 1 milyon 610 min 800 manat, “Zirə” – 1 milyon 351 min 61 manat, “Turan Tovuz” – 867 min 600 manat, “Şamaxı” – 644 min 300 manat, “Səbail” – 588 min 700 manat, “Araz-Naxçıvan” – 209 min 700 manat və “Kəpəz” – 108 min 300 manat.

Chosen
15
14
90deqiqe.az

10Sources