EN

AFFA stadion və bazalara ayrılan xərcləri açıqladı

AFFA-nın balansında olan stadionların və məşq bazalarının saxlanılması üçün 2025-ci ildə ayrılan vəsaitin məbləği açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın maliyyə hesabatında məlumat verilib.

Bildirilib ki, stadionların, milli komandaların məşq mərkəzinin və digər məşq meydançalarının saxlanılması və yenidən bərpasına ümumilikdə 4 milyon 254 min 477 manat vəsait ayrılıb.

Maliyyə bölgüsünə əsasən, “Dalğa Arena” üçün 1 milyon 738 min 10 manat, Ağsu stadionu üçün 833 min 788 manat, Binə stadionu üçün 791 min 181 manat ayrılıb.

Bundan əlavə, “ASCO Arena”ya 328 min 477 manat, Milli Komandaların Məşq Mərkəzinə 303 min 42 manat, Şamaxı stadionuna 213 min 379 manat vəsait yönəldilib.

Hesabatda həmçinin Təhsil və reabilitasiya mərkəzi üçün 46 min 600 manat ayrıldığı qeyd olunub.

Chosen
5
9
90deqiqe.az

10Sources