EN

Seçki planı işə düşdü: Gərginlik pik həddə ŞƏRH

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya və Ermənistan münasibətlərindəki gərginlik artıq açıq təhdid müstəvisinə keçib. Kreml tərəfindən İrəvana göndərilən mesajlar iqtisadi təzyiqlərin və enerji resurslarının qiymət artımının anonsu kimi qiymətləndirilir. Proseslərin mərkəzində isə Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri dayanır.Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, hazırda Rusiya və Ermənistan arasında münasibətlərdə kifayət qədər ciddi problemlər mövcuddur:"Rusiya siyasi dairələri Ermənistana təhdidkar mesajlar göndərir. Xüsusilə enerji resurslarının qiymətinin artırıla biləcəyi barədə xəbərdarlıq edilir. Digər tərəfdən, Rusiyanın Ermənistana qarşı iqtisadi-ticarət təzyiqləri göstərə biləcəyi də vurğulanır. Yəni, hazırda Rusiyadan ciddi şəkildə asılı olan Ermənistana Kreml bütün istiqamətlər üzrə təzyiq prosesinə başlayıb.Əsas məqsəd qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlıdır. Kreml Paşinyan hakimiyyətinin dəyişdirilməsində maraqlıdır. Bu məqsədlə Rusiyanın agentura şəbəkəsinə daxil olan siyasi qüvvələrin fəallaşdırılması və seçkilərdə qalib gəlməsi üçün addımlar atılır".O bildirib ki, Paşinyan hakimiyyəti özünə qarşı olan təhlükələri tam dəqiqliklə dərk edir:"Baş nazir Nikol Paşinyan Prezident Vladimir Putinlə görüşdə eyham vurdu ki, Kremlin Ermənistanda hakimiyyət dəyişikliyinə yönəlik cəhdlərinə müqavimət göstərəcək. Prezident Putinin Rusiya yönümlü və Rusiya pasportu olan siyasətçilərin seçkidə iştirakına şərait yaradılması ilə bağlı tələbinə Baş nazir təmkinlə cavab verdi. Bildirdi ki, Ermənistanda demokratik sistem mövcuddur və növbəti parlament seçkilərində yalnız Ermənistan pasportu olan şəxslər iştirak edəcək. Ermənistanın gələcək taleyini məhz Ermənistan vətəndaşları müəyyən edəcək. Bu da göstərir ki, rəsmi İrəvan növbəti parlament seçkilərində həm Paşinyan hakimiyyətinin, həm də bütövlükdə Ermənistanın gələcək taleyinin həll olunduğunu tam dəqiqliklə anlayır".Politoloq deyib ki, ona görə də Rusiyanın hakimiyyət dəyişikliyinə yönəlik bütün planlarını pozmaq üçün əlindən gələni edir. "Hətta Paşinyan hakimiyyəti Avropa Birliyindən Ermənistana xüsusi müdaxilə və nəzarət qrupları dəvət edib. Moldovada olduğu kimi, Ermənistanda da Avropa Birliyinin Rusiyanın kobud müdaxiləsinin qarşısını almaq istiqamətində Paşinyan hakimiyyətinə dəstək verməsi gözlənilir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
demokrat.az

1Sources