EN

“İranın ABŞ yə cavab imkanları hələ genişdir” Aqil Rüstəmzadə

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tanınmış hərbi ekspert Aqil Rüstəmzadə ABŞ kəşfiyyatının yaydığı son məlumatları şərh edərək bildirib ki, İrana qarşı həyata keçirilən zərbələr gözlənildiyi qədər həlledici nəticə verməyib.

Onun sözlərinə görə, mövcud məlumatlar göstərir ki, Tehran öz hərbi potensialının əhəmiyyətli hissəsini qoruyub saxlaya bilib: “İran raket qurğularının təxminən yarısını və minlərlə pilotsuz uçuş aparatını saxlayır. Bu isə o deməkdir ki, ölkənin cavab vermək imkanları hələ də kifayət qədər genişdir”.

Ekspert vurğulayıb ki, xüsusilə yeraltı infrastrukturun qorunub saxlanılması vəziyyəti daha da mürəkkəbləşdirir. Rüstəmzadə hesab edir ki, bu tip obyektlərin tam məhv edilməsi çox çətindir və uzunmüddətli əməliyyatlar tələb edir.

Aqil Rüstəmzadə hesab edir ki, yaranmış vəziyyət həm hərbi, həm də siyasi baxımdan qeyri-müəyyənlik yaradır: “Bir tərəfdən İranın potensialı tam sıradan çıxarılmayıb, digər tərəfdən isə qarşı tərəfin növbəti addımlarının nə olacağı tam aydın deyil. Bu da regionda gərginliyin davam edəcəyini göstərir”.

Ekspert əlavə edib ki, baş verənlər fonunda Qərbdə də müəyyən çaşqınlıq müşahidə olunur: “Sadə dillə desək, okeanın o tayında da vəziyyətə yanaşma birmənalı deyil – nə etməli olduqları ilə bağlı aydın strategiya hələ formalaşmayıb”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
50
azpolitika.info

10Sources