EN

Bu maşın “Dünya Avtomobili” seçildi

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026-cı ilin “Dünya Avtomobili” mükafatlarında elektrikli modellər ön plana çıxıb.

Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, nüfuzlu mükafatlandırma mərasimində “BMW iX3” əsas mükafatı qazanaraq ilin ən yaxşı avtomobili elan olunub. “BMW iX3” final mərhələsində “Hyundai Palisade” və “Nissan Leaf” modellərini geridə qoyaraq “2026-cı ilin Dünya Avtomobili” tituluna layiq görülüb. Bu nəticə avtomobil sənayesində elektrikli nəqliyyat vasitələrinin sürətlə gücləndiyini bir daha nümayiş etdirib.

Mərasimdə digər əsas kateqoriyalarda da diqqətçəkən nəticələr açıqlanıb. “İlin Performanslı Avtomobili” nominasiyasında “Hyundai Ioniq 6 N” “BMW M2 CS”i qabaqlayaraq qalib olub. “İlin Lüks Avtomobili” mükafatı isə “Cadillac Vistiq” və “Volvo ES90” modelləri ilə rəqabətdə “Lucid Gravity”yə verilib. Elektrikli avtomobillərin üstünlük təşkil etdiyi tədbirdə “Nissan Leaf” “İlin Elektrik Avtomobili” seçilib. Model bu kateqoriyada “Mercedes-Benz CLA”nı geridə qoymağı bacarıb.

Tədbirin digər diqqətçəkən qaliblərindən biri də “Nio Firefly” olub. Model “Dünya Şəhər Avtomobili” tituluna layiq görülüb. 2026-cı ilin Dünya Avtomobili mükafatlarının nəticələri avtomobil sektorunda elektrikli nəqliyyat vasitələrinin artıq əsas istiqamətə çevrildiyini bir daha ortaya qoyub./sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
avtosfer.az

1Sources