EN

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qahirə, 3 aprel, AZƏRTAC

Küveytdə elektrik enerjisi istehsalı və su süzgəci stansiyası İranın hücumu nəticəsində zərər görüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Küveytin Elektrik və Su Ehtiyatları Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi sözçüsü Fatimə Həyat bildirib ki, texniki heyət və fövqəladə hallar qrupları hadisənin nəticələrinin aradan qaldırılması və stansiyanın fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə təcili tədbirlər görürlər.

Hadisə nəticəsində insan tələfatının olub-olmaması barədə məlumat verilməyib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
12
azertag.az

10Sources