EN

Röya “Yanındayam”ı təqdim etdi - VİDEO

Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti sürprizini təqdim edib.

Musavat.com bildirir ki, sənətçi ilk dəfə konsert səhnəsində səsləndirdiyi “Yanındayam” mahnısının rəsmi klipini izləyicilərin ixtiyarına verib.

Musiqisi və sözləri Miroya məxsus olan, aranjemanı SarkhanBeats tərəfindən hazırlanan ekran işinin rejissoru Elay Elxandır.

Klipin çəkilişləri Bakının müasir simasını əks etdirən Ağ Şəhər ərazisində həyata keçirilib. Küçə atmosferində lentə alınan kadrlar mahnının ruhunu daha da gücləndirərək izləyicilərə səmimi və sevgi dolu hisslər ötürür.

“TikTok” və digər sosial platformalarda mahnıya minlərlə video çəkilərək paylaşılıb və trendə çevrilib. “Yanındayam” artıq dinləyicilərin böyük marağı ilə qarşılanaraq özünün növbəti meqahit olacağını indidən göstərir.

Xatırladaq ki, “Yanındayam” ilk dəfə 27 mart tarixində Heydər Əliyev Mərkəzində keçirilən konsert zamanı səsləndirilən kimi sosial şəbəkələrdə böyük rezonans doğurub.

Mahnı bu gün rəsmi klipi ilə birlikdə Röya Ayxanın bütün rəqəmsal platformalarında yayımlanıb.

Musavat.com

Chosen
52
4
musavat.com

5Sources