EN

İran yeni hədəflərini açıqladı

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran KİV-lərinin məlumatına görə, hücumdan sonra İran ordusu bölgədə mümkün cavab tədbirləri çərçivəsində hədəflərin siyahısını müəyyənləşdirib. Siyahıya aşağıdakı obyektlər daxil edilib: Küveytdə Şeyx Cabir əl-Əhməd əs-Sabah adına dəniz körpüsü;

Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirən Kral Fəhd körpüsü;

BƏƏ-də Şeyx Zayed və Şeyx Xəlifə körpüləri;

İordaniyada Kral Hüseyn, Damiya və Abdun körpüləri. Qeyd olunur ki, uzunluğu təxminən 1000 metr olan B1 körpüsü Tehranla Kərəc arasında nəqliyyat sıxlığını azaltmaq və ölkənin şimal vilayətlərinə çıxışı asanlaşdırmaq məqsədilə inşa edilib. Körpünün sıradan çıxarılması regionun nəqliyyat və logistika infrastrukturuna ciddi zərbə kimi qiymətləndirilir. Röya Əliyeva

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
azvision.az

1Sources