EN

AİİB elektron siqaret qadağası ilə bağlıbəyanat yayıb

Azərbaycanda  “Tütün və tütün məmulatları haqqındhaqqında” Azərbaycan  Respublikasının Qanunu qəbul olunmuş,bu müddət ərzində tütündən istifadənin daha da məhdudlaşdırılması üçün Qanunda bir neçə dəfə dəyişiklik aparılmış və son dəyişiklik 2026-cı ilin 1 fevral tarixində olunub.

Qanunda olan son dəyişikliyə görə 2026-cı ilin 1 aprel tarixindən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Qeyd etdiyimiz kimi bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna müvafiq dəyişiklik edilmişdir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə otuz manat məbləğində cərimə əlavə olunub.

“Azad İstehlakçılar” İctimai Birliyinə(AİİB) qadağanın konkret olaraq hansı məhsullara şamil edildiyi barədə çoxsaylı müraciətlər və suallar ünvanlanır, bəzən cəriməni tətbiq etməyə səlahiyyəti olan  qurumların da bu məsələdə yanlışlığa yol verdiyi barədə müraciətlər olur.

AİİB ölkədə müvafiq qanun qəbul edildiyi zamandan başlayaraq istehlakçılar arasında tütündən istifadənin azaldılmasına dair geniş maarifləndirmə işi aparmış, daha təhlükəli filtrsiz  siqaret istehsal edən 4 müəssisənin fəaliyyətinin dayandırılmasına nail olmuş, adi və elektron siqaretlərin zərərli olduğu barədə müntəzəm maarifləndirmə aparılıb.

Qanunda edilmiş  son dəyişikliklə əlaqədar tütün istifadəçisi olan istehlakçılar və qanunun icrasına nəzarəti həyata keçirən müvafiq dövlət qurumlarının nümayəndələri  bilməlidirlər ki, qadağa yalnız elektron siqaretlərə aiddir və qızdırılan tütün məmulatlarına şamil olunmur. Bu məhsullar qanunvericilikdə iki ayrı kateqoriya kimi müəyyən edilib.

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanuna elektron siqaretləri qızdırılan tütün məmulatlarından ayırmaq məqsədilə iki maddə əlavə olunub.

1.0.4-1. qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir.

1.0.4-2. elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Beləliklə, elektron siqaret qadağası qızdırılan tütün məmulatlarına (məsələn, Terea) və onların cihazlarına (məsələn, IQOS) şamil olunmur.

Eyni zamanda, öncə qeyd etdiyimiz kimi AİİB-ə qızdırılan tütün məmulatlarının "Tütün və tütün məmulatı haqqında" qanunla qadağan olunmayan yerlərdə istifadəsinə görə polis tərəfindən cərimə olunma halları ilə bağlı da məlumatlar daxil olur. Qeyd olunur ki, qızdırılan tütün məmulatları səhvən elektron siqaret hesab edilir və onun istifadəçiləri cərimə olunurlar. Bununla əlaqədar bir daha bəyan edirik ki, qızdırılan tütün məmulatlarından qanunla qadağan olunmamış yerlərdə istifadə heç bir hüquqi məsuliyyət yaratmır.

 

Chosen
14
10
anews.az

10Sources