EN

Memar: Nizami Kino Mərkəzinin divarına çəkilən qrafiti mədəni irsə müdaxilə kimi qiymətləndirilməlidir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 aprel, AZƏRTAC

Bakıda yerləşən Nizami Kino Mərkəzi kimi tarixi və mədəni əhəmiyyətə malik bir obyektin divarına qraffiti çəkilməsi məsələsi təkcə estetik problem deyil, həm də cəmiyyətin mədəni yaddaşına və kimliyinə yönəlmiş müdaxilə kimi qiymətləndirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında memar Aysel Hüseynova deyib.

O bildirib ki, bu cür abidələr sadəcə fiziki strukturlar deyil, həmçinin şəhərin kollektiv yaddaşıdır. Onların üzərində edilən hər hansı qeyri-qanuni müdaxilə, xüsusilə də qraffiti kimi nəzarətsiz vizual izlər, həmin yaddaşın təhrif olunmasına səbəb olur. Memarlıq burada yalnız forma deyil, həm də mənadır. Bu mənanın pozulması isə cəmiyyətin öz keçmişi ilə əlaqəsinin zəifləməsinə gətirib çıxara bilər.

"Belə halların təkrarlanmaması üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə maarifləndirmədən başlamaq lazımdır. Gənclər arasında mədəni irsin dəyəri haqqında daha güclü maarifləndirici proqramlar həyata keçirilməlidir. Daha sonra isə qanunvericilik və nəzarət olmalıdır. Tarixi abidələrin qorunması ilə bağlı cərimələr və nəzarət mexanizmləri daha effektiv işləməlidir", - deyə memar qeyd edib.

Onun sözlərinə görə, belə məsələlər yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir. Şəhər mühiti kollektiv şəkildə qorunmalıdır. Düzgün yanaşma ilə həm mədəni irsimizi qoruya, həm də müasir ifadə formalarına yer verə bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
3
azertag.az

4Sources