EN

Dərinizi yaza hazırlayın Kosmetoloji məsləhətlər

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mütəxəssislər qeyd edirlər ki, yaz mövsümündə biorevitalizasiya, kollagenoterapiya və bütün mövsümlər üçün uyğun olan pilinqlər daha çox seçilir. Biorevitalizasiya dərinin qoruyucu baryerini bərpa edir və uzunmüddətli nəmlənməni təmin edir. Dərinin yay mövsümünə hazırlanmasında SMAS-liftinq də geniş tətbiq olunur. Bu üsul yüksək tezlikli ultrasəs dalğalarından istifadə etməklə üz dərisinin dartılmasına və yağ toxumasının həcminin azaldılmasına kömək edir. Nəticədə dəri daha elastik və məsaməsiz olur, üz konturları isə cərrahi müdaxilə olmadan yaxşılaşır. Bundan əlavə, mimik qırışların aradan qaldırılması üçün botulinum toksin (botoks) inyeksiyaları da yaz aylarında populyar prosedurlar sırasındadır. Eyni zamanda, üz ovalının korreksiyası və yorğunluq əlamətlərinin azaldılması məqsədilə travmasız aparat prosedurlarına üstünlük verilir. İnyeksiyasız tətbiq olunan Dermadrop texnologiyası da geniş istifadə olunur. Bu üsul oksigen təzyiqi vasitəsilə aktiv maddələrin dərinin dərin qatlarına çatdırılmasını təmin edir, nəticədə dərinin nəmlənməsi və qidalanması güclənir. Prosedurun ağrısız olması və bərpa dövrü tələb etməməsi onun populyarlığını artırır. Bundan başqa, yaz aylarında “İncə üz” adlı patentləşdirilmiş mezoterapiya proseduruna da maraq yüksəkdir. Bu metod şişkinliyin aradan qaldırılmasına və üz konturlarının yaxşılaşdırılmasına yönəlib ki, bu da xüsusilə qış mövsümündən sonra aktual olur. Analitik məlumatlara görə, aparat kosmetologiyası bazarında 2025-ci ildə 23,1 milyon prosedur həyata keçirilib ki, bu da əvvəlki illə müqayisədə 40% çoxdur. İnyeksion prosedurların sayı isə 32% artaraq 11,5 milyona çatıb. Mütəxəssislərin fikrincə, ən populyar aparat prosedurları lazer texnologiyaları və RF-liftinqdir. Biorevitalizasiya sahəsində isə hialuron turşusuna alternativ olan komponentlər – kollagen, süksin (yantrar) turşusu və polilaktik turşu tərkibli məhsullara maraq artır. Röya Əliyeva

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
azvision.az

1Sources