EN

Azərbaycan kubokunda həlledici qarşılaşma: “Qarabağ” “Sabah”a qarşı

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edəcək. Matç saat 20:00-da start götürəcək.

Tanınmış idman şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, "Sabah”la "Qarabağ”ın qarşılaşması artıq derbi xarakteri alıb:

""Sabah”la "Qarabağ”ın qarşılaşması artıq derbi xarakteri alıb. Çünki bu komandalar arasında gərgin rəqabət formalaşıb. Son illərdə "Sabah” klubunun sürətli inkişafı, bütün istiqamətlər üzrə irəliləyişi "Qarabağ” üçün ciddi rəqibin formalaşdığını göstərir. Bu mövsümdə də "Sabah”ın inamlı çıxışı, çempionluq uğrunda mübarizədə rəqiblərini xeyli qabaqlaması bu rəqabətə əlavə rəng qatır”.

O bildirib ki, kubok matçlarında hər cür nəticə mümkündür:

 "Matçın harada keçirilməsindən asılı olmayaraq, kubok oyunu olduğu üçün nəticə baxımından xüsusi maraq doğurur. Azarkeşlər üçün də bu görüş böyük əhəmiyyət kəsb edir. Kubok matçlarında hər cür nəticə mümkündür. Ümumilikdə götürdükdə, "Qarabağ”ın titul baxımından üstünlüyü olsa da, növbəti mərhələyə yüksəlmək şanslarını 50/50 qiymətləndirmək olar. Finala çıxmaq ehtimalı baxımından da komandaların şansları bərabərdir”.

İdman şərhçisi söyləyib ki, "Qarabağ” Sabah”a qarşı prinsipial mübarizə aparmağa çalışacaq:

"Bugünkü oyunda isə favorit təbii ki, "Qarabağ”dır. Komanda daha təcrübəli və motivasiyalı görünür. Eyni zamanda əvvəlki itkiləri kompensasiya etmək istəyi ilə daha iddialı çıxış edə bilər və "Sabah”a qarşı prinsipial mübarizə aparmağa çalışacaq”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
azxeber.com

1Sources