EN

Azərbaycan və Belarus sürücülük vəsiqələri qarşılıqlı tanıyacaq

Bakı. Trend:

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrininqarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.

Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasətivə dövlət quruculuğu komitəsinin aprelin 6-da keçiriləcəkvideokonfrans formatında iclasının gündəliyinə daxil edilib.

Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə BelarusRespublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlıtanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsibarədə qanun layihəsi komitə iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Chosen
78
34
az.trend.az

10Sources