EN

Gələcəyin tankçıları FOTOREPORTAJ

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 aprel, AZƏRTAC

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində kursantlarla praktiki məşğələlər uğurla davam edir.

Təlimlər zamanı kursantlar təlim-döyüş texnikalarının idarə olunması, döyüş şəraitində düzgün manevr etmə və ekipaj daxilində koordinasiyanın təmin edilməsi üzrə bilik və bacarıqlarını möhkəmləndirirlər.

Bu proses onların operativ qərarvermə qabiliyyətinin artırılmasına, döyüş hazırlığının yüksəldilməsinə və real şəraitə uyğun peşəkar vərdişlərin formalaşdırılmasına xidmət edir.

Kursantlar burada yalnız bilik deyil, eyni zamanda iradə, məsuliyyət və qətiyyət qazanırlar.

AZƏRTAC praktiki məşğələlərlə bağlı fotoları təqdim edir.

Fotoqraf - Vüqar İbadov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
azertag.az

1Sources