EN

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı iləkeçirilən “Bankçılıq Mükafatları – 2025”in qalibləri müəyyənolunub. Kapital Bank 7 nominasiyada mükafata layiq görülüb.

ABA-nın 35 illik yubileyinə təsadüf edən qiymətləndirməninnəticələrinə əsasən, Kapital Bank “Korporativ sosial məsuliyyət”,“Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik vəOrta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədartədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər sahəsindəinnovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdətəhlükəsizliyə dair maarifləndirmə layihələri” və “Beynəlxalqəməkdaşlığın inkişafında fərqlənən bank” nominasiyaları üzrə qalibolub.

Qeyd edək ki, Kapital Bank ötən il ərzində bu istiqamətlərin hərbiri üzrə məqsədyönlü və davamlı layihələr həyata keçirib. Bankınkorporativ sosial məsuliyyət təşəbbüsləri, maliyyə savadlılığınınartırılmasına və təhsilə dəstəyi, sahibkarlığın inkişafınatöhfələri, rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmaları vətəhlükəsizlik üzrə maarifləndirmə fəaliyyəti, eləcə də beynəlxalqəməkdaşlıq istiqamətində atdığı addımlar onun uzunmüddətli inkişafstrategiyasının əsas prioritetlərini təşkil edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir vəAzərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi iləmüştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosialşəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formadahəyata keçirə bilərsiniz.

Məqalədə:
Chosen
39
21
az.trend.az

10Sources