EN

Rusiyada faciə- Çox sayda XƏSARƏT ALAN VAR

Ulyanovsk vilayətində qatarın relsdən çıxması nəticəsində xəsarət alanların sayı 23-ə çatıb, onlardan 4-ü uşaqdır.

News365.az xəbər verir ki, Rusiya mediasının xəbərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib, onların əksəriyyətı orta və yüngül xəsarət alıb.

Ümumilikdə vaqonlarda 415 nəfər, o cümlədən 34 uşaq olub.

+++

Rusiyada qatar qəzasında xəsarət alanların sayı artıb.

News365.az xəbər verir ki, Rusiya mediasının xəbərinə görə, qəzada xəsarət alanların sayı 12-yə çatıb.

+++

Çelyabinsk–Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarının 7 vaqonu Ulyanovsk vilayətində relsdən çıxıb.

News365.azxəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, ölən yoxdur.

Prokurorluq faktla bağlı araşdırmaya başlayıb, hadisənin səbəbləri müəyyənləşdirilir.

Qəzanın nəticələrinin aradan qaldırılması və sərnişinlərin daşınması üçün xüsusi qatarlar istiqamətləndirilib.
Chosen
9
4
news365.az

10Sources