AZ

Rusiyada sərnişin qatarı relsdən çıxıb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB

Rusiyada qatar qəzasında xəsarət alanların sayı artıb.

Rusiya mediasının xəbərinə görə, qəzada xəsarət alanların sayı 12-yə çatıb.

***

09:37

Çelyabinsk–Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarının 7 vaqonu Ulyanovsk vilayətində relsdən çıxıb.

APA xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, ölən yoxdur.

Prokurorluq faktla bağlı araşdırmaya başlayıb, hadisənin səbəbləri müəyyənləşdirilir.

Qəzanın nəticələrinin aradan qaldırılması və sərnişinlərin daşınması üçün xüsusi qatarlar istiqamətləndirilib.

Seçilən
22
6
apa.az

10Mənbələr