EN

"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı

style='margin-bottom:10px;'>

“Fənərbaxça”nın oyun alqı-satqısına görə saxlanılan futboçusu Mert Hakan Yandaş azadlığa çıxıb.

QOL.az "Hürriyet"ə istinadən 31 yaşlı yarımmüdafiəçi xəbər verir ki, futbolçu bu gün məhkəmədən sonra azadlığa buraxılıb.

Türkiyə millisinin üzvü  müdafiəsində bildirib: "Əvvəla, mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm. Mən nə mərc etmişəm, nə də başqasının mərc etməsinə icazə vermişəm. Mən heç bir mərc saytının üzvü deyiləm. Bilməyinizi istəyirəm ki, mən "Fənərbaxça"nı çox sevirəm və heç vaxt kluba zərər vermərəm. Vergi rekordçusu olan biri bir neçə min lirəyə bir matç satarmı? Bu işə necə düşdüyümü, necə daxil edildiyimi bilmirəm. Hər kəs mənim "Fənərbaxça"nı nə qədər çox sevdiyimi bilir". 

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Futbol mərc oyunları araşdırması” çərçivəsində Mert Hakan Yandaş mərc etdiyi iddiası ilə ötən ilin dekabrında həbs edilmişdi.

Chosen
27
teleqraf.com

1Sources