EN

Simon Minyole karyerasını başa vuracağını açıqladı – ARENA.AZ

Belçika milli komandasının sabiq qapıçısı Simon Minyole cari mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracaq.

Arena.az xəbər verir ki, bu barədə qolkiperin hazırda çıxış etdiyi Belçika təmsilçisi “Brügge”nin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qapıçı 2025/2026-cı illər mövsümünün sonunda futbolla vidalaşacaq. Minyole qərarını şərh edərkən bildirib ki, karyerasının son mərhələsini layiqincə başa vurmaq niyyətindədir.

Hazırda 38 yaşı olan qapıçı 2019-cu ilin avqustundan etibarən “Brügge”nin formasını geyinir. O, bu müddətdə komanda ilə dörd dəfə Belçika çempionu olub, həmçinin bir ölkə kuboku və üç super kubok qazanıb.

Minyole peşəkar karyerasına “Sent Trüden”də (104 oyun) başlayıb. O, daha sonra “Sanderlend” (101 oyun) və “Liverpul” (204 oyun) kimi Premyer Liqa klublarının uğurları üçün çalışıb. Minyole “Liverpul”la 2018/2019-cu illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.

Simon Minyole 2011-ci ildə debüt etdiyi Belçika milli komandasında 35 oyun keçirib ki, bunların 10-da qapısının toxunulmazlığını qorumağı bacarıb. 35 yaşlı qolkiper milli komanda ilə DÇ-2018-də bürünc medal qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
27
12
arena.az

10Sources