EN

"Fənərbağça"nın futbolçusu hakim qarşısına çıxır

BAKI, 3 aprel. TELEQRAF

Futbolda mərclə bağlı aparılan istintaq çərçivəsində həbs olunan Türkiyənin “Fənərbağça” klubunu futbolçusu Mert Hakan Yandaş ilk dəfə hakim qarşısına çıxır.

Teleqraf "Haber 7"yə istinadən xəbər verir ki, 32 yaşlı oyunçuya dəstək məqsədilə məhkəmə zalına bir çox tanınmış idmançılar qatılıb.

Gələnlər arasında Mert Günok, Cenk Tosun, Ali Koç, İrfan Can Kahveci, Nene, Tedesco, İsmail Yüksək, Çağlar Söyüncü, Tuncay Şanlı, Ooesterwolde, Sadettin Saran, Musaba və azadlığa çıxmış “Qalatasaray”lı Metehan Baltacı da var.

Qeyd edək ki, futbolçu Meert Hakan Yandaş və iş adamı Ersen Dikmen “rüşvət və təşviq primi” ilə cinayətlərindən ayrı-ayrılıqda 4 il 10 ay 15 gündən 17 il 10 ay 15 günə qədər həbs cəzasına məhkum edilə biler.

Chosen
63
teleqraf.com

1Sources