EN

Zelenski: ABŞ Ukraynaya silah tədarükünü dayandıra bilər

BAKI, 3 aprel. TELEQRAF

“Bu günə qədər ABŞ-nin Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı siqnal daxil olmayıb, amma bunun gələcəkdə baş verə biləcəyini istisna etmək olmaz”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

ABŞ-dən silah tədarükünün dayandırılıb-dayandırılmaması ilə bağlı sualı cavablandıran Zelenski bildirib: “İndiyə silah tədarükünün dayandırıla biləcəyinə dair siqnal daxil olmayıb”.

Ukrayna dövlət başçısı bu məsələyə daha strateji yanaşmağın vacibliyini qeyd edib:

“2023-cü ildə məsələni öz əlimizdə saxlayırdıq, sonra hərbçilərimizə söylədim ki, ABŞ-dən gələn yardımın dayandırıla və ya məhdudlaşdırıla və pulsuz olmaya biləcəyinə hazır olmalıyıq. Təchizatı şaxələndirməliyik, bu və ya digər nadir silahların, mərmilərin və sair xərclərini azaltmalıyıq. Hələ o zaman dedim ki, nə vaxtsa Ukraynaya pul müqabilində belə silah verilməyəcəyinə hazırlaşmağa başlamalıyıq”.

Chosen
23
2
teleqraf.com

3Sources