EN

“ABŞ yeni NATO iitifaqı yaratmalıdır” - Keyt Kelloq

"NATO dövlətləri qorxaqdırlar. Biz yeni hərbi-siyasi alyans yaratmalıyıq".

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News”a müsahibəsi zamanı deyib.

O bildirib ki, ABŞ-nin yeni NATO-ya ehtiyacı ola bilər.

“Mövcud müdafiə ittifaqlarını nəzərdən keçirin, bəlkə də Yaponiya, Avstraliya və döyüşə girməyə hazır olan bəzi Avropa ölkələri, məsələn, aktivləşmiş Almaniya və ya Polşa ilə ittifaq yaradın. Hətta özünü yaxşı müttəfiq kimi təqdim edən Ukrayna ilə də ittifaq yaradın", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
30
missiya.az

1Sources