EN

Azərbaycan futzal millisinin heyəti açıqlandı

style='margin-bottom:10px;'>

Aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığmaları ilə qarşılaşacaq Azərbaycan futzal millisinin təlim-məşq toplanışı olacaq.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Aprelin 5-dən 7-dək Bakıda keçiriləcək hazırlıq prosesinə baş məşqçi Yevgeni Kukseviç 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı dəvət edib. Komanda məşqlərini gündə iki dəfə olmaqla “Olimpik Star”da reallaşdıracaq.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı Neftçi İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı Baku Fire), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Qüdrət Qasımzadə (Şuşa)

Chosen
13
11
teleqraf.com

10Sources