EN

2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub - Hikmət Hacıyev

2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub - Hikmət Hacıyev

“Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında 4 Aprel – Beynəlxalq Mina Təhlükəsi barədə Maarifləndirmə Günü ilə bağlı etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, 30 illik işğal dövründə Azərbaycan ərazisinin təqribən 12 faizi Ermənistan tərəfindən 1,5 milyondan çox mina ilə çirkləndirilib: “2020-ci ildən bu yana sülh dövründə 400-dən çox şəxs həlak olub və yaxud ağır yaralanıb”.

Qeyd olunub ki, ərazilərin mina ilə çirkləndirilməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa layihələrinə, eləcə də keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına əngəl olur.

Hikmət Hacıyev həmçinin vurğulayıb ki, minaların təmizlənməsi prosesi regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsi üçün ən mühüm prioritetlərdən biridir. Beynəlxalq ictimaiyyətin bu məsələdə Azərbaycana dəstəyi vacib amil kimi qiymətləndirilir.

Chosen
38
10
afn.az

10Sources