AZ

"Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb" - Hikmət Hacıyev



2020-ci il noyabrın 10-dan 2026-cı il aprelin 1-dək 421 nəfər minaya düşüb, onlardan 72-si həyatını itirib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı "X" hesabında paylaşım edib.

Hikmət Hacıyevin sözlərinə görə, dünya irəliləyir, lakin Azərbaycan hər gün susan, görünməz bir təhdid altında yaşayır.

"30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən sonra - sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır xəsarətlər alıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə qayıdışına mane olur. Bunlar sadəcə rəqəmlər deyil. Bunlar yarımçıq qalan həyatların, dağılan ailələrin, oğurlanan gələcəklərin hekayəsidir. Minalardan təmizləmə yalnız texniki proses deyil. Bu, ədalətdir. Bu, insan ləyaqətidir. Bu, insanların öz evlərinə təhlükəsiz qayıtmaq hüququdur", - deyə o bildirib.

ZÜMRÜD

Seçilən
49
27
baki-xeber.com

10Mənbələr