BAKI, 3 aprel. TELEQRAF
Ümumilikdə transplantasiya üçün gözləmə siyahısında olan xəstələrin sayı 500-ü keçib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cari ilin ilk üç ayında sümük iliyi transplantasiyası üzrə gözləmədə olan xəstələrin sayı 40-a yaxın olub.
Onlar arasında daha çox qan xərçəngindən əziyyət çəkən xəstələr üstünlük təşkil edir.
Sümük iliyi transplantasiyasına ehtiyac duyanlar əsasən uşaqlar arasında üstünlük təşkil edib.