EN

İRANIN CƏNUBUNDA HUMANİTAR YÜK MƏHV EDİLDİ » AzadMedia.az

İRANIN


İranın cənubunda yerləşən Buşehr vilayətində humanitar yardıma aid konteynerlərə aviazərbə endirilib. Hadisə nəticəsində yardımlar tamamilə məhv edilib.

Məlumata görə, hücum İranın Qırmızı Aypara Cəmiyyətinin Buşehr bölgəsindəki bölməsinə qarşı həyata keçirilib. Hadisə aprelin 3-ü səhər saat 05:00 radələrində, Çoğadək ərazisində baş verib.

Qurumun açıqlamasında bildirilir ki, zərbə nəticəsində humanitar yardım daşınması üçün istifadə olunan iki təkərli konteyner, həmçinin bir avtobus və xilasetmə nəqliyyat vasitəsi məhv edilib.

Hadisə ilə bağlı əlavə təfərrüatlar və hücumu həyata keçirən tərəf barədə hələlik rəsmi məlumat verilməyib.

Chosen
31
35
azadmedia.az

10Sources