EN

“ABŞ NATO-nun əvəzinə yeni ittifaq yaratsın və Ukraynanı ora daxil etsin” - Kelloq

NATO qorxaqlaşır, ona görə də ABŞ Ukraynanın da iştirakı ilə yeni müdafiə sistemi yaratmalıdır.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın keçmiş xüsusi nümayəndəsi, təqaüddə olan general-leytenant Kit Kelloq Fox News kanalının efirində deyib.

Onun sözlərinə görə, Vaşinqton hazırkı tərəfdaşları ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir. Narazılığın səbəbi müttəfiqlərin İranla münaqişəyə münasibəti olub: “NATO qorxağa çevrilir. Bəlkə də bizə yeni NATO, yeni müdafiə sistemi lazımdır”.

O, təşkilatın nizamnaməsinin xəbərdarlıqdan bir il sonra çıxmağa imkan verən 13-cü maddəsini xatırladıb. General alternativ olaraq sərt tədbirlər görməyə hazır olan ölkələrlə ittifaqlar qurmağı təklif edir. O, bu siyahıya Yaponiya, Avstraliya, Polşa, Almaniya və Ukraynanı daxil edib. Kelloq vurğulayıb ki, Kiyev artıq etibarlı tərəfdaş kimi effektivliyini sübut edib.

Qeyd edək ki, Donald Tramp ABŞ-ın İrana qarşı əməliyyatında kömək etməkdən imtina etməsi səbəbindən blokdan çıxa biləcəyini irəli sürüb. Amerika lideri qrupun üzvlərini “kağız pələnglər” adlandırıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
22
herbiand.az

1Sources