"Bayıl Arena" stadionu may ayında, yəni cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.
O, AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.
C.Fərəcullayevin sözlərinə görə, iki regionda isə futbol mərkəzi istifadəyə veriləcək.
Telegram kanalımız