Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Novruz Məmmədov bildirib ki, hazırda heç bir işlə məşğul olmur:
"İşdən çoxdan ayrılmışam. Artıq bir müddətdir ki, təqaüddəyəm. Universitetdə mənlik bir iş qalmayıb. Artıq 80 yaşım var. Yenidən gedib işləmək istəmirəm. Bundan sonra harada işləyəcəyəm ki?! O da baxır ki, hansı iş ola bilər, təklif edərlər ,ya etməzlər...
Səhhətimdə xırda narahatlıq var idi. Şükürlər olsun, artıq o da keçib. Xüsusi müalicə almağa ehtiyac olmayıb. Hazırda heç bir problem yoxdur. Sadəcə, indiki vəziyyətim əvvəlkindən fərqlidir. 80 yaş az deyil. Əlbəttə, digər yaşlarla müqayisədə fərq olmalıdır", - deyə sabiq Baş nazir əlavə edib.
Xatırladaq ki, Azərbaycanın 9-cu Baş naziri olmuş 2018-ci ildə N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı. N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu