EN

FIFA rəsmisi: AFFA nın ötən il əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir. Sport24.az xəbər verir ki bunu FIFA-nın regional meneceri Marion Gavat AFFA-nın Hesabat Konfransında deyib.

O, milli assosiasiya tərəfindən görülən işləri yüksək qiymətləndirib:

"Biz federasiya və rəhbərlik tərəfindən nümayiş etdirilən peşəkarlığı, operativliyi və əməkdaşlıq ruhunu yüksək qiymətləndiririk. Gələn il də bu müsbət münasibətlərin davam etməsini səbirsizliklə gözləyirik. AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir. Bu münasibətlə həm federasiya prezidenti Rövşən Nəcəfi, həm də baş katibi Cahangir Fərəcullayevi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
2
sport24.az

3Sources