EN

Tarixi abidəyə zərər vuranlar saxlanıldı - FOTO

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B ilə valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.

Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.

Chosen
14
7
bakivaxti.az

10Sources