EN

Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ olacaq – QƏRAR

Yeni tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilib.

Editor.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən yeni tikilən 81.7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən olunub.

Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri müəyyənləşib.

– başlanğıc nöqtəsi: M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 157-ci kilometri;

– son nöqtəsi: Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun (Zəfər yolu) 100.5-ci kilometri.

Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq edəcək.

Qeyd edək ki, ölkədəki ilk ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu 2023-cü il oktyabrın 20-də istifadəyə verilib.

Chosen
43
15
editor.az

10Sources