AZ

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli edildi

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.

Aznews.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.

Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir:

- başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;
- son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

- ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan– Ağbənd avtomobil yolu;
- ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).

Ödənişli avtomobil yolunun texniki göstəriciləri:

Seçilən
29
15
aznews.az

10Mənbələr